UEFA Avropada 2015-2016 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb

UEFA Avropada 2015-2016 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb Bu, İspaniya "Real Madrid"inin və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldudur
Futbol
25 Avqust , 2016 22:07
UEFA Avropada 2015-2016 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb

Bakı. 25 avqust. REPORT.AZ/ UEFA Avropada 2015-2016 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb. 

"Report"un məlumatına görə, bu, İspaniya "Real Madrid"inin və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldudur. 

O, həmklubu Qaret Beyl və "Atletiko"nun forvardı Antuan Qrizmannı üstələyib. Futbolçunun mükafatlandırma mərasimi Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimindən sonra baş tutub.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən mövsüm "kral klubu" ilə Çempionlar Liqasını, yığmada isə qitə çempionluğu qazanıb.

Son xəbərlər

Orphus sistemi