Yuxarı

UEFA Avropa Liqasının finalı ilə əlaqədar Bakıda kiber çempionat keçiriləcək

UEFA Avropa Liqasının finalı ilə əlaqədar kiber çempionatı

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar kiber çempionat təşkil olunacaq.

“Report” xəbər verir ki, yarışa qeydiyyat aprelin 22-dək davam edəcək. Aprelin 24-də isə püşkatma keçiriləcək. Çempionatda yalnız 128 nəfər iştirak hüququ qazanacaq. Oyun FIFA2019 qaydaları əsasında təşkil olunacaq. Çempionat 25 - 26 apreldə keçiriləcək.

Qeyd edək ki, iştirakçıların seçimi olimpiya sistemi əsasında aparılacaq. Yarışın qaydaları ilə tanış olmaq üçün https://finalbaku2019.az/cybercup/ səhifəsində "Qaydalar" düyməsinə klikləməklə, məlumat əldə etmək olar.

Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 manat pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 manat pul mükafatı veriləcək. Çempionatda adını oyunu ilə üçüncü yerə yazdıran iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə olunacaq.

Çempionatda iştirak etmək üçün https://forms.gle/6t4p9rLhFzUo8dUu6 linkinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Kiber çempionat haqqında ətraflı məlumatı https://finalbaku2019.az/cybercup/ saytından əldə etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi