Yuxarı

“Qarabağ” klubu UEFA Avropa Liqasındakı çıxışını dayandırıb

Matçı sloveniyalı Slavko Vinçiç idarə edir

Bakı. 11 dekabr. REPORT.AZ/ Görüşün ikinci hissəsində “Qarabağ” futbolçuları çox çalışsalar da, rəqib qapısına yol tapa bilməyiblər və görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Beləliklə, Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasındakı çıxışını dayandırıb.

Qrupun digər qarşılaşmasında Londonda “Tottenhem” Fransanın “Monako” klubunu 4:1 hesabı ilə məğlub edib.

*** 00.32

Bakı. 11 dekabr. REPORT.AZ/ “Anderlext” klubunun futbolçusu Endi Najar matçın 28-ci dəqiqəsində hesabı bərabərləşdirdi.

Qarşılaşmanın 31-ci dəqiqəsində Okaka “Anderlexti” hesabda irəli çıxardı – 2:1.

*** 00.00

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunda Azərbaycan çempionu “Qarabağ” səfərdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşır.

Brüsseldə “Konstant Vanden Stok” stadionunda keçirilən oyunda “Anderlext”in heyətində meydana Silvio Proto, Olivie Deşaxt, Fabris Nsakala, Mboci Kara, Endi Najar, Denis Praet, Culiam Jile, Yuri Tilemans, Matias Suares, İmo Ezekiel və Stefano Okaka çıxıblar.

“Qarabağ”ın star heyətində isə İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov, İlqar Qurbanov, Bədavi Hüseynov, Qara Qarayev, Dani Kintana, Riçard Almeyda, Əfran İsmayılov, Çumbinyo və Samuel Armenteros yer alıblar.

Matçı sloveniyalı Slavko Vinçiç idarə edir.

Qrupun digər qarşılaşmasında Londonda “Tottenhem” Fransanın “Monako” klubunu qəbul edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi