"Qarabağ"la "Qəbələ"nin rəqibləri növbəti oyunlarını keçirib

"Qarabağ"la "Qəbələ"nin rəqibləri növbəti oyunlarını keçirib "Borussiya" "Bavariya" ilə matçda darmadağın olub
Futbol
5 Oktyabr , 2015 02:41
Qarabağla Qəbələnin rəqibləri növbəti oyunlarını keçirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandasının “J” qrupundakı rəqibləri “Anderlext” (Belçika), “Monako” (Fransa) və “Tottenhem” (İngiltərə), həmçinin “Qəbələ”nin “C” qrupundakı rəqibləri “Borussiya” (Dortmund, Almaniya), “PAOK” (Yunanıstan) və “Krasnodar” (Rusiya) kollektivləri öz ölkələrinin daxili çempionatlarında növbəti oyunlarını keçiriblər.

Almaniya Bundesliqasında VIII turunun mərkəzi görüşündə “Borussiya” (Dortmund) komandası səfərdə “Bavariya” klubuna 1:5 hesabı ilə məğlub olub. Dortmundlular hazırda 17 xalla Almaniya çempionatında ikinci pillədə qərarlaşıb.

"Krasnodar" kollektivi Rusiya futbol premyer liqasınının 11-ci turu çərçivəsində səfərdə “Ufa” komandası ilə qarşılaşıb və matç bərabərə başa çatıb-1:1. Bu nəticədən sonra “Qəbələ”nin rəqibi Rusiya Premyer Liqasında 14 xalla doqquzuncu pillədəki yerini möhkəmləndirib.

“PAOK” klubu doğma meydanda Yunanıstan super liqasının 6-cı turunda bu ölkənin turnir cədvəlinə başçılıq edən “Olimpiakos”la üz-üzə gəlib. Oyun “Olimpiakos” komandasının səfər qalibiyyəti ilə yekunlaşıb - 2:0. Cəmi 10 xal toplamış “PAOK” hazırda 16 klub arasında 5-cidir.

Fransa birinci liqasının 9-cu turunun oyunlarında Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Monako” klubu evdə - “Lui II” stadionunda “Renn”lə 1:1 hesablı heç-heç edib. “Monako” on üç xalla Fransa çempionatında 10-cü pillədə yer alıb.

İngiltərə premyer liqasının 8-ci turunda səfərdə “Suonsi”nin rəqibi olan “Tottenhem” isə qarşılaşmadan bərabərlikə ayırlıb-2:2. On üç xal toplayan “Qarabağ”ın rəqibi turnir cədvəlində 20 komanda arasında 8-ci pillədədir.

Belçika çempionatında altıncı turun görüşləri çərçivəsində öz meydanında “Meçelen”i qəbul edən “Anderlext” rəqib komandanın son dəqiqələrdə vurduğu qol ilə 1:1 hesablı bərabərliyə razılaşıb. Beləliklə, “Anderlext” yupiler proliqdə yığdığı 19 xalla üçüncü pilləyə düşüb.

Son xəbərlər

Orphus sistemi