Yuxarı

UEFA avrokubokların son tarixi ilə bağlı məlumatı təkzib etdi

UEFA avrokubokların son tarixi ilə bağlı məlumatı təkzib etdi

369

UEFA Çempionlar Liqasının avqustun 3-dən gec olmayaraq başa çatdırılması barədə məlumatı rəsmi şəkildə təkzib edib.

“Report” qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, təşkilat həmin məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb: “UEFA prezidenti Aleksander Çeferin Almaniyanın ZDF telekanalına Çempionlar Liqasının 3 avqusta qədər bitməli olduğunu söyləyib. Ancaq bu, belə deyil. Prezident mövsümün sonu üçün dəqiq tarixlərin təyin edilmədiyini açıq şəkildə bildirib".

UEFA həmçinin qeyd edib ki, bütün yarışların başa çatdırılması üçün təqvim barədə həll yolu tapmaq lazımdır. "Hökumətlərin icazəsindən asılı olaraq iyul və avqust aylarında oyunların keçirilməsinin müxtəlif variantlarını araşdırırıq”.

Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Matçların yaydan tez bərpa olunmayacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi