Yuxarı

UEFA "Arsenal"ın futbolçusunu 3 oyunluq cəzalandırıb

Bakı. 23 fevral. REPORT.AZ/ UEFA İngiltərənin "Arsenal" klubunun futbolçusu Aleksandr Lyakazetti 3 oyunluq cəzalandırıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, fransalı hücumçu Belarusda BATE-yə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının ilk 1/16 final matçında rəqibə dirsək zərbəsi endirdiyi üçün diskvalifikasiyaya məruz qalıb. O, artıq 3:0 hesablı qələbə qazandıqları cavab görüşündə iştirak etməyib. 27 yaşlı forvard daha 2 oyunluq cəzanı isə Fransa "Renn"i ilə 1/8 final qarşılaşmalarında çəkəcək.

Qeyd edək ki, Aleksandr Lyakazett "Arsenal"a 2017-ci ilin yayında Fransa "Lion"undan 53 milyon avroya keçib. Cari mövsümdə o, Avroliqanın 4 görüşündə iştirak edib. Lyakazett yeganə qolu qrup mərhələsinin son turunda Londonda "Qarabağ"ın qapısından keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi