Yuxarı

UEFA AFFA-ya 1 milyon avro ayıracaq

Avropa çempionatının bütün xərclərini qitə futbol qurumu öz üzərinə götürüb

Bakı. 12 fevral. REPORT.AZ/ Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatının maliyyə tərəfləri açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandalar, hakimlər, UEFA nümayəndələri və digər rəsmi şəxslərin Bakıda müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək.

Ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1 milyon avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.

Qeyd edək ki, 16 ölkənin qatılacağı Avropa çempionatı mayın 21-dək davam edəcək. İştirakçılardan biri təşkilatçı Azərbaycan yığması olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi