Yuxarı

UEFA AFFA-nı mükafatlandırıb

AFFA “Kreativlik və innovasiya” nominasiyasinda qalib elan olunub

Bakı. 1 dekabr. REPORT.AZ/ Portuqaliyanın Kaşkayş şəhərində UEFA-nın “KISS Marketing Awards 2014” tədbiri keçirilib. "Report" xəbər verir ki, müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar arasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da olub. 

AFFA qızlar arasında 3x3 turnirinin təşkilatıçılığına yaradıcı yanaşmaya görə “Kreativlik və innovasiya” nominasiyasinda qalib elan olunub. Qurumu tədbirdə Marektinq və Reklamlar Şöbəsinin əməkdaşları Arzu Əsgərova və Tural Piriyev təmsil edib.

Qeyd edək ki, tədbirdə UEFA-nın üzvü olan 44 milli assosiasiyanın nümayəndələri iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi