Yuxarı
    Bağlamaq

    UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb

    Bakı. 11 yanvar. REPORT.AZ/ UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb.

    "Report" xəbər verir ki, ötən ilin ən yaxşı oyunçuları sırasında "Qızıl top"un sahibi Luka Modriç də yer alıb. Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar isə siyahıya daxil edilməyib.

    2018-ci ilin simvolik komandası:

    Qapıçı: Andre ter Ştegen ("Barselona", İspaniya)

    Müdafiəçilər: Serxio Ramos, Rafael Varan, Marselo (hamısı "Real Madrid", İspaniya), Vircil van Deyk ("Liverpul", İngiltərə)

    Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid", İspaniya), N Qolo Kante, Eden Azar (hər ikisi "Çelsi", İngiltərə)

    Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Kriştianu Ronaldu ("Yuventus", İtaliya), Lionel Messi ("Barselona", İspaniya)

    Qeyd edək ki, simvolik komanda azarkeşlərin səsverməsinə əsasən müəyyənləşdirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi