Yuxarı

​UEFA 2015-ci ilin simvolik komandasını açıqlayıb - SİYAHI

Heyətdə Avropanın 4 aparıcı klubunun oyunçuları yer alıb

Bakı. 8 yanvar. REPORT.AZ/ UEFA 2015-ci ilin simvolik komandasını açıqlayıb. "Report"un məlumatına görə, 11-likdə Avropanın 4 aparıcı klubunda forma geyinən futbolçular yer alıb.

Dünya üzrə 7 milyondan artıq insanın internet səsverməsi nəticəsində heyətə İtaliya "Yuventus"unun 1, Almaniya "Bavariya"sının 2, İspaniya "Real Madrid"inin 3, "Barselona"nın isə 5 futbolçusu daxil edilib.

Qapıçı: Manuel Noyer ("Bavariya")

Müdafiəçilər: David Alaba ("Bavariya"), Serxio Ramos ("Real Madrid"), Xerard Pike, Dani Alves (hər ikisi "Barselona")

Yarımmüdafiəçilər: Andres İnyesta ("Barselona"), Pol Poqba ("Yuventus"), Xames Rodriges ("Real Madrid")

Hücumçular: Lionel Messi, Neymar (hər ikisi "Barselona"), Kriştianu Ronaldu ("Real Madrid").

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi