Yuxarı

​UEFA Hakimlər Komitəsinin yeni tərkibi açıqlanıb

Yozef Marko 20 illik fəaliyyətindən sonra komitədən ayrılıb

Bakı. 6 iyul. REPORT.AZ/ UEFA 2015-2019-cu illər üçün Hakimlər Komitəsinin tərkibini açıqlayıb. "Report"un məlumatına görə, keçmiş FİFA referisi, portuqaliyalı Pedro Proensa və yunanıstanlı Kiros Vassaras müəyyən müddətdən sonra yenidən komitəyə üzv seçilib.

Bundan başqa slovakiyalı Yozef Marko 20 illik fəaliyyətindən sonra komitədən ayrılıb. Komitənin tərkibi aşağıdakı kimidir:

Sədr: Anxel Villar Lyona (İspaniya)

Qadınlar üzrə sədr müavini: Karen Espelund (Norveç)

Baş hakimlərin direktoru: Pyerluici Kollina

Hakim nümayəndələri: Mark Batta, Hyu Dallas

Üzvlər: Daqmar Damkova (Çexiya), Devid Ellerey (İngiltərə), Herbert Fandel (Almaniya), Bo Karlsson (İsveç), Nikolay Levnikov (Rusiya), Pedro Proensa (Portuqaliya, yeni), Vladimir Sayn (Sloveniya), Yap Uilenberq (Hollandiya), Kiros Vassaras (Yunanıstan, yeni)

Üstəlik UEFA tərkibindəki bütün federasiyalarda hakimlik səviyyələrini yoxlamaq üçün də yeni heyət yaradılıb. Siyahıda 16 nəfər yer alıb: Vladimir Antonov (Moldova, yeni), Françesko Byanki (İsveçrə), Nil Barri (İngiltərə, yeni), Terye Heuqe (Norveç, yeni), Peter Heqyi (Macarıstan), Verner Helsen (Belçika), Leonid Kaloşin (Rusiya, yeni), Kostas Kapitanis (Kipr, yeni), Despoyna Koxenoqlu (Yunanıstan, yeni), Yorn Vest Larsen (Danimarka), Kay Osterqaard (Danimarka), Rune Pedersen (Norveç), Çarlz Şaak (Lüksemburq), Yariv Tepper (İsrail, yeni), Con Uord (İrlandiya) və Rayner Vertmann (Almaniya).

Xüsusi məsləhətçilər: Roberto Rozetti və Alan Snoddi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi