Üç ölkə DÇ-2030-un birgə təşkili üçün ərizə verəcək

Üç ölkə DÇ-2030-un birgə təşkili üçün ərizə verəcək Bakı. 8 iyun. REPORT.AZ/ Argentina, Uruqvay və Paraqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək üçün Rusiyanın paytaxtı Moskvada FIFA-ya ərizə təqdim edəcək.
Futbol
8 İyun , 2018 14:50
Üç ölkə DÇ-2030-un birgə təşkili üçün ərizə verəcək
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Argentina, Uruqvay və Paraqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək üçün Rusiyanın paytaxtı Moskvada FIFA-ya ərizə təqdim edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Argentinanın Rusiyadakı səfiri Rikardo Laqorini bildirib. 

Səfir deyib ki, gələn həftə bununla bağlı təqdimat mərasiminin təşkili planlaşdırılıb. 

Qeyd edək ki, DÇ-2018 14 iyun – 15 iyulda Rusiyada, DÇ-2022 Qətərdə təşkil olunacaq. DÇ-2026 üçün isə Mərakeş, eləcə də Kanada, ABŞ və Meksika birgə ərizə verib.

Son xəbərlər

Orphus sistemi