Azərbaycan yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycan yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib Oyunlar Litvada və Rumıniyada keçiriləcək
Futbol
3 Dekabr , 2015 14:38
Azərbaycan yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Bakı. 3 dekabr. REPORT.AZ/ 17 və 19 yaşadək futbolçular arasında keçiriləcək 2017-ci il Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, Azərbaycanın U-19 yığması 5-ci qrupda mübarizə aparacaq.

Nazim Süleymanovun baş məşqçisi olduğu yığma komanda qrupda Bosniya və Herseqovina, Avstriya və Litva komandaları ilə mübarizə aparacaq. Qrupun oyunları 2016-cı il oktyabrın 4-də, 6-da və 9-da Litvada keçiriləcək.

Təbriz Həsənovun rəhbərlik etdiyi U-17 yığması isə 6-cı qrupda İngiltərə, Avstriya və Rumıniya komandaları ilə mübarizə aparacaq.

Qrup oyunları 2016-cı il oktyabrın 25-də, 27-də və 30-da Rumıniyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi