Yuxarı

U-19 UEFA İnkişaf Turnirinə məğlubiyyətlə başlayıb

Günün digər oyununda Türkiyə millisi Sloveniyanın qapısından 8 cavabsız qol keçirib

Buxarest. 9 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində 19 yaşadək qızlar arasında futbol üzrə UEFA İnkişaf Turniri keçirilir. 

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, yarışda futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması da iştirak edir. 

Bu gün millimiz turnirdə ilk oyununu keçirib və ev sahibi Rumıniya ilə qarşılaşıb. Görüş Rumıniya milli komandasının 4-1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Günün digər oyununda isə Türkiyə millisi Sloveniyanın qapısından 8 cavabsız qol keçirib.

Qeyd edək ki, iyunun 10-da keçiriləcək növbəti turda Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. İyunun 12-də isə millimiz Türkiyəni sınağa çəkəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi