Yuxarı

U-19 AÇ-nin elit-raundunda son oyununa çıxacaq

U-19 AÇ-nin elit-raundunda son oyununa çıxacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının elit-raundunda bu gün son oyununu keçirəcək.

"Report"un məlumatına görə, 1-ci qrupda yer alan yığma III turda Rumıniya ilə üz-üzə gələcək.

Rusiyanın Krasnodar şəhərindəki "Kuban" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Eyni vaxtda Rusiya "Krasnodar" Futbol Akademiyasının stadionunda İrlandiyanı qəbul edəcək.

İki turdan sonra 6 xala malik İrlandiya qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edib. Bu səbəbdən, hər iki qarşılaşma formal xarakter daşıyır. Azərbaycan millisi qalib gəlsə, xallarını 4-ə çatdıraraq, qrupda 2-ci yeri tuta bilər. Hazırda 2 xala malik Rusiya 2-ci, hərəyə 1 xala malik Azərbaycan və Rumıniya 3-4-cü pillələrdə qərarlaşıb.

AVRO-2019-un elit-raundu, III tur (26 mart)

I Qrup

18:00. Rumıniya - Azərbaycan

Hakimlər: Adrian Jakkotte, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya)

Krasnodar, "Kuban" stadionu (Rusiya)

18:00. Rusiya - İrlandiya

Qeyd edək ki, 14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri olan 7 ölkə vəsiqə qazanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi