Millimiz UEFA turnirində son oyununu keçirdi

Millimiz UEFA turnirində son oyununu keçirdi Maltada 17 yaşadək qızlardan ibarət yığmalar arasında təşkil olunan UEFA İnkişaf turnirinə yekun vurulub.
Futbol
26 Fevral , 2020 18:50
Millimiz UEFA turnirində son oyununu keçirdi

Maltada 17 yaşadək qızlardan ibarət yığmalar arasında təşkil olunan UEFA İnkişaf turnirinə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycanın U-17 millisi turnirdə son oyununu keçirib.

Milli bu dəfə ev sahibləri ilə qarşılaşıb. Görüş Malta seçməsinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində ilk oyunda Cəbəllütariq yığmasına 2:0 hesabı ilə qalib gəlib, ikinci matçda isə Şotlandiya millisinə uduzub - 0:7. Yığma turniri 3 xalla 3-cü pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi