Tyerri Anri "Monako"nun əsas komandasından kənarlaşdırılıb

Tyerri Anri "Monako"nun əsas komandasından kənarlaşdırılıb Bakı. 24 yanvar. REPORT.AZ/ Monakonun baş məşqçisi Tyerri Anri əsas komanda ilə işdən kənarlaşdırılıb.
Futbol
24 Yanvar , 2019 23:27
Tyerri Anri Monakonun əsas komandasından kənarlaşdırılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ "Monako"nun baş məşqçisi Tyerri Anri əsas komanda ilə işdən kənarlaşdırılıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu addım yekun qərar qəbul edilənədək qüvvədə olacaq. Komandanı yanvarın 25-də məşqə Frank Passi çıxaracaq.

Bu gün Anri bir neçə futbolçunu əsas komandadan uzaqlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, qovulanların sayı o qədər çoxdur ki, adbaad saymaq olmur. Fransalı mütəxəssis yalnız öz gələcəyini düşünənlərə qarşı belə addım atdığını vurğulayıb. Əvəzedici heyətə göndərilənlər arasında rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovinin olmadığı da müəyyənləşib.

Fransa çempionatında 21 turdan sonra "Monako" 15 xalla 19-cu yerdədir və eniş zonasında qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi