Tyerri Anri futbol üzrə Belçika millisinin baş məşqçisinin köməkçisi təyin edilib

Tyerri Anri futbol üzrə Belçika millisinin baş məşqçisinin köməkçisi təyin edilib O, eyni zamanda "Sky Sports" telekanalında ekspert kimi də çalışacaq
Futbol
26 Avqust , 2016 15:50
Tyerri Anri futbol üzrə Belçika millisinin baş məşqçisinin köməkçisi təyin edilib

Bakı. 26 avqust. REPORT.AZ/ Yaxın keçmişin tanınmış fransız futbolçusu Tyerri Anri yeni vəzifəyə təyin edilib.

"Report" "De Morgen" qəzetinə istinadən xəbər verir ki, "Arsenal" və "Barselona" klublarının sabiq futbolçusu Belçika milli komandasının baş məşqçisi Roberto Martinesin köməkçisi olub.

O, eyni zamanda "Sky Sports" telekanalında ekspert kimi də işini davam etdirəcək. 

Son xəbərlər

Orphus sistemi