Türkiyənin ​"Trabzonspor" klubunun məşqçisi AFFA-nın təşkil etdiyi kursa qatılıb

Türkiyənin ​"Trabzonspor" klubunun məşqçisi AFFA-nın təşkil etdiyi kursa qatılıb Fatih Kavlak Bakıda PRO kateqoriyası üzrə məşqlərdə iştirak edir
Futbol
4 Noyabr , 2014 14:45
Türkiyənin ​Trabzonspor klubunun məşqçisi AFFA-nın təşkil etdiyi kursa qatılıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun ikinci mərhələsi start götürüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, kursun nəzəri məşğələləri almaniyalı mütəxəssis Erik Rütemöllerin rəhbərliyi altında aparılır.

Qeyd edək ki, kurslarda Böyükağa Hacıyev, Tərlan Əhmədov, Norvuz Əzimov kimi tanınmış mütəxəssislərlə yanaşı, Türkiyənin "Trabzonspor" klubunun fiziki hazırlıq üzrə məşqçisi Fatih Kavlak da kurslarda iştirak edir. Kavlak daha öncə Azərbaycanın "Qəbələ" klubunun baş məşqçisi olub. O, eyni zamanda "Qarabağ" və "Qəbələ" komandalarında məşqçi kimi çalışıb. 

Son xəbərlər

Orphus sistemi