Türkiyənin "Trabzonspor" klubu baş məşqçi ilə yollarını ayırıb

Türkiyənin "Trabzonspor" klubu baş məşqçi ilə yollarını ayırıb Komanda son oyunda "Antalyaspor"a 0:7 hesabı ilə məğlub olub
Futbol
14 May , 2016 10:59
Türkiyənin Trabzonspor klubu baş məşqçi ilə yollarını ayırıb

Bakı. 14 may. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu baş məşqçi Hami Mandıralı ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqanın XXXIII turunda səfərdə "Antalyaspor"la keçirilən matçdan sonra baş məşqçinin dəyişdirilməsinə qərar verilib. 

Həmin görüş trabzonluların 0:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Məlumata görə, komandanın yeni baş məşqçisinin adı tezliklə ictimaiyyətə açıqlanacaq. 

Qeyd edək ki, "Trabzonspor" 33 turdan sonra 40 xalla 12-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi