Bakı. 10 iyun. REPORT.AZ/ Türkiyənin tanınmış futbolçusu Tanju Çolak saxlanılıb.
"Report"un "Hurriyet"ə istinadən verdiyi məlumata görə, İstanbulda həbs edilən sabiq futbolçu Ankaraya aparılıb.
T.Çolakın saxlanılmasının səbəbi məlum deyil.
Qeyd edək ki, T.Çolak 1987-1991-ci illərdə "Qalatasaray", 1991-1993-cü illərdə "Fənərbaxça" klublarında forma geyinib. O, 7 dəfə Türkiyə çempionatının bombardiri olub.