Yuxarı
    Bağlamaq

    Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi istefaya göndərilib

    Buna komandanın son vaxtlar uğursuz nəticə göstərməsi səbəb olub

    Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Yan Olde Rikerinklə yollarını ayırıb.

    "Report" xəbər verir ki, 53 yaşlı holland mütəxəssis komandanın son vaxtlar uğursuz nəticələrinə görə istefaya göndərilib.

    Bununla bağlı qərar klubun Direktorlar Şurası tərəfindən qəbul olunub. İstefa bu gün rəsmən açıqlanacaq.

    Rikerink "Qalatasaray"ı ötən ilin martında qəbul edərək həmin çempionatı 6-cı yerdə bitirib və ölkə kubokunu qazanıb. Cari çempionatda 3-cü yerdə gedən komanda lider "Beşiktaş"dan 5 xal geri qalır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi