Yuxarı

​Türkiyənin "Giresunspor" klubu azərbaycanı futbolçu ilə yollarını ayıracaq

​Türkiyədə çıxış edən daha bir azərbaycanlı futbolçu ilə yollar ayrılacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin I Liqasında çıxış edən "Giresunspor" komandasının futbolçusu Ayaz Mehdiyev komandadan göndəriləcək. "Report"un "İhlas" agentliyinə istinadən verdiyi məlumata görə, klub prezidenti Mustafa Temel Bozbağ keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.

Klub prezidenti hələ 6 ay da zədə üzündən yaşıl meydanlardan uzaq qalacaq Mehdiyevlə anlaşmanı donduracaqlarını bildirib. O, azərbaycanlı müdafiəçinin əvəzinə, qırğız futbolçu alacaqlarını deyib. 

Qeyd edək ki, Ayaz Mehdiyevin Azərbaycanda sonuncu klubu "Rəvan" olub. O, "Giresunspor"a ötən yay keçib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi