Yuxarı

​Türkiyənin "Fənərbaxça" klubunun ofisi hücuma məruz qalıb

Canilər şüşə qapını qıraraq müəssisəyə daxil olublar

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyənin "Fənərbaxça" klubunun paytaxt Ankarada yerləşən ofisi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, canilər ofisin şüşə qapısını qıraraq içəri daxil olublar və ofisdəki kompüter və digər avdanlıqlara ziyan vurublar.

Hadisə zamanı ofisin pəncərələri də qırılıb.

Polis hücum edənlərin şəxsiyyətini hələ ki, müəyyən edə bilməyib.

Bundan əvvəl, İstanbul klubunun içərisində əsas heyət futbolçularının olduğu avtobusu atəşə tutulmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi