Yuxarı
    Bağlamaq

    Türkiyənin “Bursaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib

    Heyətində Deniz Yılmazın da yer aldığı kollektivə fransalı Pol Le Quen rəhbərlik edəcək

    Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın formasını geyindiyi Türkiyənin “Bursaspor” komandasının yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

    “Report” “Milliyet” qəzetinə istinadən xəbər verir ki, “timsahlar”a fransalı Pol Le Quen rəhbərlik edəcək.

    Dünən axşam saatlarında İstanbula gələn 53 yaşlı mütəxəssis klub prezidenti Ali Ayla görüşərək, müqavilənin detallarını müzakirə edib. Fransalı baş məşqçi bu gün Bursada yerləşən Özlüce təlim-məşq bazasında təşkil olunacaq tədbirdə rəsmi müqaviləyə imza atacaq.

    Müqavilənin müddəti barədə məlumat verilməsə də, yeni məşqçilər korpusunda Mustafa Ər, eləcə də, “Neftçi” və “Xəzər Lənkəran”da fiziki-hazırlıq üzrə məşqçi işləmiş italiyalı Covanni Melkiorrenin də yer alacağı bildirilir.

    Qeyd edək ki, karyerası ərzində Fransanın “Lion” və PSJ komandalarına rəhbərlik edən Pol Le Quenin sonuncu iş yeri Oman millisi olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi