Türkiyənin "Beşiktaş" klubu tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb - VİDEO

Türkiyənin "Beşiktaş" klubu tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb - VİDEO "Qara qartallar" buna İstanbulda "Portu" ilə heç-heçə edərək nail olublar
Futbol
21 Noyabr , 2017 22:57
Türkiyənin Beşiktaş klubu tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb - VİDEO

Bakı. 21 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının 5-ci tur matçında Türkiyənin "Beşiktaş" və Portuqaliyanın "Portu" klubları heç-heçə oynayıblar.

“Report” xəbər verir ki, İstanbulda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

"Qara qartallar" bu heç-heçə sayəsində "G" qrupunda birinciliyi və turnirin 1/8 finalında iştirakı vaxtından əvvəl özünə təmin edib.

Bu saat 23:45-də "Monako" və "RB Leypsiq" klublarının iştirakı ilə qrupun digər matçı keçiriləcək.

G qrupunda turnir cədvəli: 1. "Beşiktaş" — 11 xal (5 oyun); 2. "Portu" — 7 (5); 3. "RB Leypsiq" — 4 (4); 4. "Monako" — 2 (4).

Çempionlar Liqası. G Qrupu. 5-ci tur

"Beşiktaş" – "Portu" - 1:1

Qollar: 0:1 – Felipe – 29, 1:1 – Taliska – 41

Son xəbərlər

Orphus sistemi