"Keşlə" bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq

"Keşlə" bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama görüşləri davam edir.
Futbol
17 Yanvar , 2020 10:50
Keşlə bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama görüşləri davam edir.

"Report"un məlumatına görə, bu gün Azərbaycan klublarından yalnız "Keşlə" yoxlama matçında qüvvəsini sınayacaq.

Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda ilk sınağında Almaniyanın III Bundesliqa təmsilçisi "Çikau" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə Azərbaycan klublarından "Sabah" Macarıstanın "Pakş" klubuna 0:2 uduzub, "Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qolsuz bərabərə qalıb. "Səbail" Qazaxıstanın "Jetisu" klubuna 0:1, "Sumqayıt" Macarıstan "Kaposvar"ına 3:4 və "Qəbələ" Macarıstan MTK-sına 0:3 hesabı ilə məğlub olub. "Neftçi" isə ilk yoxlama matçında "Polşa"nın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub. Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci matçında Rumıniyanın "Sepsi" klubuna qalib gəlib - 2:0.

Son xəbərlər

Orphus sistemi