"Keşlə" Antalyadakı son oyununda qələbəni əldən verib

"Keşlə" Antalyadakı son oyununda qələbəni əldən verib Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Keşlə klubu bu gün son yoxlama matçını keçirib.
Futbol
24 Yanvar , 2020 14:52
Keşlə Antalyadakı son oyununda qələbəni əldən verib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" klubu bu gün son yoxlama matçını keçirib.

"Report"un məlumatına görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda Slovakiyanın "Zemplin" klubu ilə üz-üzə gəlib.

Oyunun əvvəllərində hesabı açan "Keşlə" fasilədən sonra üstünlüyünü əldən verib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1:1 bərabərliklə ayrılıb. Azərbaycan klubunun yeganə qolunu yeni transfer Aleksandr Kristovao vurub. 

Qeyd edək ki, Keşlə" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau" klubuna 1:4, ardından Rusiya "Arsenal"ına 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi