Türkiyənin Antalya bölgəsində 1500-dən çox futbol komandası təlim-məşq toplanışı keçəcək

Türkiyənin Antalya bölgəsində 1500-dən çox futbol komandası təlim-məşq toplanışı keçəcək Yanvar – aprel aylarında 100 milyon dollardan çox gəlirin əldə olunacağı gözlənilir
Futbol
25 Dekabr , 2017 10:01
Türkiyənin Antalya bölgəsində 1500-dən çox futbol komandası təlim-məşq toplanışı keçəcək

Bakı. 25 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar – aprel aylarında 1500-dən çox futbol komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. “Report”un “TRT Spor”a istinadən məlumatına görə, bu barədə ölkənin İdman Turizm Birliyinin sədri Recep Şamil Yaşacan bildirib.

O, deyib ki, 20-dən çox ölkənin klubları FIFA tələblərinə cavab verən 157 kompleksdən yararlanacaqlar. Yaşacanın fikrincə, yanvar – aprel aylarında 100 milyon dollardan çox gəlir əldə olunacaq: “İdman turizmi Türkiyə üçün çox önəmlidir. Bunu dövlət və özəl sektor olaraq gözardı etməməliyik. Dünyada idman turizminin ümumi gəliri 200 milyard dollardır. Bunun 1 milyard dolları Türkiyənin payına düşür. Futbol turizmi Türkiyəni dünyaya tanıdır. Almaniya, Belçika, Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, İran, Serbiya, Xorvatiya, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Bolqarıstan və bir çox ərəb ölkəsi burada təlim-məşq toplanışı keçib”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun hamısı qış fasiləsində Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Həmçinin Azərbaycan milli komandası və yerli hakimlər də yanvar – fevral aylarında Türkiyəyə yollanacaqlar.

Son xəbərlər

Orphus sistemi