Yuxarı
    Bağlamaq

    Türkiyəli referi Cüneyt Çakır AVRO-2016-da ilk oyununa təyinat alıb

    Beşinci oyun gününün hakimləri açıqlanıb

    Bakı. 11 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında beşinci oyun gününün təyinatları açıqlanıb. "Report"un məlumatına görə, iyunun 14-də keçiriləcək iki qarşılaşmadan biri türkiyəli hakimlər briqadasına tapşırılıb.

    Bu Sent-Etyendəki "Jofrua Gişar" stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlanacaq F qrupunun Portuqaliya - İslandiya qarşılaşmasıdır. Baş hakim Cüneyt Çakıra Bahattin Duranla Tarık Onqun yan xətt, Hüseyin Göçeklə Barış Şimşek əlavə köməkçi-hakimlər qismində yardımçı olacaqlar. İspaniyalı Karlos Del Serro dördüncü hakim, Xuan Yuste Ximenes ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Çexiyalı Daqmar Damkova hakim-inspektor, gürcüstanlı Nodar Axalkatsi UEFA nümayəndəsidir.

    Qrupun ilk qarşılaşması isə saat 20:00-da Bordo şəhər stadionunda start götürəcək. Avstriya və Macarıstan yığmaları arasındakı matçı fransalı referi Kleman Turpen idarə edəcək. Ona həmyerlilərindən Frederik Kano və Nikola Dano yan xətt, Benua Bastyen və Fredi Fotrel əlavə köməkçi-hakim qismində yardımçı olacaq. Dördüncü hakim Xesus Gil Manzano, ehtiyat köməkçi-hakim Roberto Alonso Fernandes (hər ikisi İspaniya) təyin edilib. İngiltərəli Devid Elleray hakim-inspektor, belaruslu Svetlana Xrınkeviç UEFA nümayəndəsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi