Türkiyəli mütəxəssis Moldova millisinə baş məşqçi təyin olunub

Türkiyəli mütəxəssis Moldova millisinə baş məşqçi təyin olunub Futbol üzrə Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib.
Futbol
29 Oktyabr , 2019 13:41
Türkiyəli mütəxəssis Moldova millisinə baş məşqçi təyin olunub

Futbol üzrə Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib.

“Report” Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda Engin Fırata həvalə olunub. 49 yaşlı türkiyəli mütəxəssis bu postda baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Semyon Altmanı əvəzləyib.

Onunla AVRO-2020-nin seçmə mərhələsinin sonuna qədər müqavilə bağlanılıb. H qrupunda yer alan Moldova millisi 8 turdan sonra 3 xalla sonuncu yerdədir. Komanda noyabrın 14-də Fransanın qonağı olacağı halda, 3 gün sonra İslandiyanı qəbul edəcək.

Qeyd edək ki, son olaraq ABŞ-ın “Dallas Siti” klubunun texniki direktoru qismində çalışmış Engin Fırat karyerası ərzində daha çox köməkçi-məşqçi funksiyasını yerinə yetirib. 

Son xəbərlər

Orphus sistemi