Türkiyəli məşqçilər işlədiyi ölkədən deportasiya edilib

Türkiyəli məşqçilər işlədiyi ölkədən deportasiya edilib Onlar icazə kağızı gələnə qədər Türkiyədə qalmalı olacaqlar
Futbol
30 İyun , 2016 09:41
Türkiyəli məşqçilər işlədiyi ölkədən deportasiya edilib

Bakı. 30 iyun. REPORT.AZ/ İsveçrənin "Vil" klubunun məşqçiləri ölkədən deportasiya edilib.

"Report"un məlumatına görə, baş məşqçi Uğur Tütüneker və köməkçisi Necati Uzun işləmək üçün icazənin olmaması səbəbindən ölkələri Türkiyəyə göndəriliblər.

İsveçrə polisi komandanın məşqi zamanı bazada yoxlama aparıb və məşqçilərin ölkədə qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Hər iki məşqçi işləmək üçün lazım olan icazə kağızı gələnə qədər Türkiyədə qalmalı olacaq.

Qeyd edək ki, "Vil" komandası İsveçrə 1-ci liqasında mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi