Türkiyəli məşhur futbolçu hakimə hücum edib

Türkiyəli məşhur futbolçu hakimə hücum edib Bakı. 5 may. REPORT.AZ/ Türkiyənin Başakşehir klubunun futbolçusu Arda Turan hakimə hücum edib.
Futbol
5 May , 2018 11:08
Türkiyəli məşhur futbolçu hakimə hücum edib

Bakı. 5 may. REPORT.AZ/ Türkiyənin "Başakşehir" klubunun futbolçusu Arda Turan hakimə hücum edib.

"Report"un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasının XXXII turunda doğma meydanda "Sivasspor"la matçda yan xətt hakimini itələyib. 

Belə ki, futbolçu görüşün sonlarında ona qarşı edilən hərəkətin qayda pozuntusu olduğunu deyib və referinin qərarına sərt şəkildə etirazını bildirib. Komanda yoldaşları Arda Turanı sakitləşdirməyə cəhd göstəriblər. Futbolçu daha sonra qırmızı vərəqə ilə cəzalandırılıb. Türkiyə Fulbol Federasiyasının bu məsələ ilə bağlı Arda Turana ağır cəza verəcəyi gözlənilir.

Qeyd edək ki, "Başakşehir" - "Sivasspor" matçı 1:1 hesabı ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi