Bakı. 21 iyul. REPORT.AZ/ Şotlandiyanın "Seltik" komandasının futbolçusu Nadir Çiftçi ölkə çempionatının ilk oyunlarını buraxmalı olacaq. "Report"un məlumatına görə, 22 yaşlı hücumçu ötən mövsüm "Dandi Yunayted"də çıxış etdiyi vaxt rəqib oyunçunu ayağından dişləyib.
Həmin vaxt Çiftçi meydandan qovulmayıb. Amma o, çempionatın son 2 matçını buraxmalı olub. Şotlandiya çempionatının İntizam Komitəsi günahını inkar edən forvardı 6 oyunluq cəzalandırıb.
Qeyd edək ki, Nadir Çiftçi "Seltik"ə yayda 1,5 milyon funt sterlinqə keçib. Bu klub Çempionlar Liqasında "Qarabağ"ın potensial rəqibidir.