Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" futbol klubunun oyunçusu Caner Erkin İtaliyanın A seriyasında çıxış edən "İnter" komandasına transfer olub.
"Report" xəbər verir ki, bu barədə "İnter"in rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, italiyalılar türkiyəli futbolçu ilə üçillik müqavilə imzalayıblar.
Qeyd edək ki, "İnter"in saytında Canerlə bağlı statistik göstəricilərlə yanaşı, "Xoş gəldin, Caner!" sözləri də paylaşılıb.