​Türkiyəli futbolçu barədə həbs qərarı çıxarılıb

​Türkiyəli futbolçu barədə həbs qərarı çıxarılıb Sərcan Yıldırım 3 ay müddətinə azadlıqdan məhrum edilib
Futbol
17 Dekabr , 2014 16:51
​Türkiyəli futbolçu barədə həbs qərarı çıxarılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyənin "Balıkesirspor" klubunun futbolçusu Sərcan Yıldırım barəsində həbs hökmü çıxarılıb. "Report"un "Milliyet" qəzetinə istinadən məlumatına görə, Bursa 1-ci İcra Məhkəməsi futbolçunu 3 ay müddətinə azadlıqdan məhrum edib.

S.Yıldırımın həbsinə səbəb onun borcunun olmasıdır. O, borcunu ödəyəcəyi təqdirdə həbs qərarı ləğv olunacaq. Bu barədə futbolçu "Anadolu" agentliyinə açıqlama verib. 

Onun sözlərinə görə, haqqında çıxan 3 ay həbs qərarı xəbəri olmadan imzalanmış sənədlərlə əlaqədardır. Futbolçu sözügedən borcun bir vaxtlar ortağı olduğu restoranla əlaqədar olduğunu söyləyib. O bildirib ki, hüquqi tərəfdən mübarizədə məğlub olsa, həmin borc ödəniləcək.

Son xəbərlər

Orphus sistemi