Türkiyəli FİFA referisi DÇ-2018-in oyunlarını idarə edəcək

Türkiyəli FİFA referisi DÇ-2018-in oyunlarını idarə edəcək 40 yaşlı ədalət təmsilçisinə Bahattin Duran ve Tarık Ongun kömək edəcək
Futbol
17 Noyabr , 2017 12:36
Türkiyəli FİFA referisi DÇ-2018-in oyunlarını idarə edəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyəli FİFA referisi Cüneyt Çakır 2018-ci il dünya çempionatının oyunlarını idarə edəcək hakimlər sırasında yer alıb.

“Report” CNN Türk-ə istinadən xəbər verir ki, 40 yaşlı ədalət təmsilçisinə Bahattin Duran ve Tarık Ongun kömək edəcək.

Qeyd edək ki, Cüneyt Çakır 2006-cı ildən FİFA hakimindir. 2011-ci ildə elit kateqoriyaya yüksələn türkiyəli referi 2014-cü il dünya və 2016-cı il Avropa çempionatında iş başında olub. 

Son xəbərlər

Orphus sistemi