​Türkiyədə Suriyanın futbol üzrə yığma komandası yaradılıb

​Türkiyədə Suriyanın futbol üzrə yığma komandası yaradılıb Baş məşqçi: "Biz Suriyanı rəsmi şəkildə təmsil etmək üçün FİFA-ya müraciət etmişik"
Futbol
20 Avqust , 2015 18:59
​Türkiyədə Suriyanın futbol üzrə yığma komandası yaradılıb

Bakı. 20 avqust. REPORT.AZ/ Suriyadakı vətəndaş müharibəsi səbəbindən Türkiyəyə qaçaraq məcburi köçkün həyatı yaşayan suriyalılar futbol üzrə yığma komandalarını yaradıblar.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, əvvəllər peşəkar futbol oynayan suriyalılar tərəfindən qurulan komanda Türkiyənin Mersin şəhərində hazırlıqlarını davam etdirir.

Komandanın baş məşqçisi Marvan Mona Suriya yığmasının yaradılması üçün 4 ay əvvəl addım atıldığını və lazımi icazənin alınmasından sonra işə başladıqlarını deyib: "Komandada 12-si yerli olmaqla, 22 futbolçu var. Biz Suriyanı rəsmi şəkildə təmsil etmək üçün FİFA-ya müraciət etmişik. FİFA-dan müsbət cavab gözləyirik. Hazırda ölkə həbsxanalarında oyunçularımız var, 150-yə yaxın futbolçumuz həlak oldu. Xərclərimiz bir Suriya şirkəti və sponsorlar tərəfindən qarşılanır". 

Son xəbərlər

Orphus sistemi