Yuxarı

​Türkiyədə qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıdıb

Stadionun əməkdaşları futbolçunu meydana buraxmayıblar

Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyənin Həvəskarlar liqasında qırmızı vərəqə alan futbolçu bıçaq götürərək yenidən meydana qayıtmaq qərarına gəlib.

"Report" xəbər verir ki, hakim Həmzə Sarıya qırmızı vərəqəni matçın bitməsinə 10 dəqiqə qalmış göstərib.

Stadionun təhlükəsizlik xidmətinin əməkdaşları soyunub-geyinmə otağından bıçaqla qayıdan futbolçunu meydançaya buraxmayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi