Türkiyədə qadın futbolçular arasında kütləvi dava düşüb - VİDEO

Türkiyədə qadın futbolçular arasında kütləvi dava düşüb - VİDEO Hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib
Futbol
16 Yanvar , 2018 10:34
Türkiyədə qadın futbolçular arasında kütləvi dava düşüb - VİDEO

Bakı. 16 yanvar. REPORT.AZ/ Qadın futbolçular arasında Türkiyə çempionatının III Liqasında XIV qrupun "Yeni Burduspor" - "Antalya Demirspor" matçının son dəqiqələrində kütləvi dava olub.

"Report" "Sabah"a istinadən xəbər verir ki, meydan sahiblərinin 4:1 hesabı ilə öndə olduğu vaxt meydanda gərginlik yaranıb. Ehtiyat oyunçular skamiyasında yer alanların da müdaxiləsindən sonra qarşıdurma şiddətlənib. Məşqçilərin və polisin müdaxiləsindən sonra dava edən futbolçuları ayırmaq mümkün olub. Lakin görüş yarımçıq dayandırılıb.

Aldıqları zərbələrdən huşlarını itirən qonaq komandanın üzvləri Qaye Urqan və Zeynəb Ağgün Burdur Dövlət Xəstəxanasına aparılıblar. Urqanın sol biləyində qırıq olduğu, Ağgünün isə başından travma aldığı müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi