Yuxarı

​Türkiyədəki küçələrin birinə Arda Turanın adı verilib

Bu, İstanbul Bayrampaşa bələdiyyəsinin futbolçuya sürprizi oldu

Bakı. 8 iyul. REPORT.AZ/ Türkiyədəki küçələrin birinə İspaniyanın "Barselona" klubuna transfer olunan Arda Turanın adı verilib. 

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, İstanbul Bayrampaşa bələdiyyəsini ziyarət edən futbolçunun adı Ordu küçəsinə verilib.

Bələdiyyə sədri məsələ ilə bağlı açıqlamasında bunları deyib: "Ardaya sürprizimiz olacaq. Onun ad və soyadını atasının olduğu, özünün böyüdüyü Ordu küçəsinə vermişik. İstanbul Büyükşehir Bələdiyyəsi qərarını verib. İndi isə Bayrampaşa Bələdiyyə Məclisindən cavab gözləyirik. Çünki Arda bizim qürurumuzdur".

Futbolçu isə bələdiyyə sədrinin bu təşəbbüsünə görə ona təşəkkürünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi