Türkiyədə hərbi çevrilişə cəhd edənlərdən biri əvvəllər futbol hakimi olub

Türkiyədə hərbi çevrilişə cəhd edənlərdən biri əvvəllər futbol hakimi olub Polkovnik-leytenantın rütbəsi sökülüb
Futbol
18 İyul , 2016 10:09
Türkiyədə hərbi çevrilişə cəhd edənlərdən biri əvvəllər futbol hakimi olub

Bakı. 18 iyun. REPORT.AZ/ Türkiyədə hərbi çevrilişə cəhd edənlərdən birinin keçmiş futbol hakimi olduğu müəyyənləşib. "Report"un məlumatına görə, bu, bir müddət yan xətt hakimi funksiyasını yerinə yetirmiş Murat Dağlıdır.

Dağlı ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın Mərmərədə qaldığı hoteldə əməliyyat keçirən helikopterin pilotu olub. Polkovnik-leytenant rütbəli pilot "Skorski" markalı helikopteri idarə edib. Sabiq hakimin rütbəsi sökülüb və o, həbs olunub.

Qeyd edək ki, əslən Diyarbəkirdən olan Murat Dağlı 2000 - 2003-cü illərdə Türkiyə Super Liqası qarşılaşmalarına təyinat alıb. 

Son xəbərlər

Orphus sistemi