Yuxarı

Türkiyədə futbolçular arasında dava düşüb - VİDEO

Polis qonaq komandanı çətinliklə meydandan çıxarıb

Bakı. 11 aprel. REPORT.AZ/ Türkiyənin həvəskarlar liqasında keçirilmiş "Bartınspor" - "Leventspor" matçından sonra dava düşüb. "Report"un məlumatına görə, insident futbolçular arasında yaşanıb.

2:2 hesabı ilə başa çatan oyundan sonra meydan sahiblərinin futbolçuları qonaqlara hücum edib. Aranın qızışdığını görən polis əməkdaşları qonaq komandanı çətinliklə meydandan çıxarıb və komanda oyunun keçirildiyi Bartın şəhərindən ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi