​Türkiyədə futbol klubunun avtobusuna silahlı hücum olub

​Türkiyədə futbol klubunun avtobusuna silahlı hücum olub Hücum nəticəsində xəsarət alan olmayıb
Futbol
17 May , 2016 10:15
​Türkiyədə futbol klubunun avtobusuna silahlı hücum olub

Bakı. 17 may. REPORT.AZ/ Türkiyənin 2-ci liqasında çıxış edən "Bandırmaspor" klubunun futbolçularını daşıyan avtobusa silahlı hücum olub. "Report"un məlumatına görə, hadisə dünən gecə saatlarında İstanbulda baş verib.

Komandanın məskunlaşdığı otelin qarşısında şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən avtobusa hücum edilib, 8 dəfə atəş açılıb. Hadisəni görən otel əməkdaşları polisə və klub nümayəndələrinə məlumat veriblər. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, "Bandırmaspor" 1-ci liqaya yüksəlmək üçün bu gün "İstanbulspor"la yarımfinal mərhələsinin cavab oyununa çıxacaq. İlk görüşdə "Bandırmaspor" minimal hesablı qələbə qazanıb. Cütün qalibi "Gümüşhanespor" və "Keçiörengücü" komandalarının qalibi ilə finalda qarşılaşacaq. Həlledici oyunda qələbə qazanan komanda Türkiyə 1-ci liqasına vəsiqə əldə edəcək.

Son xəbərlər

Orphus sistemi