Türkiyədə futbol çempionatının başlanma tarixi dəyişdirilə bilər

Türkiyədə futbol çempionatının başlanma tarixi dəyişdirilə bilər Buna səbəb havanın həddən artıq isti olmasıdır
Futbol
1 Avqust , 2015 13:21
Türkiyədə futbol çempionatının başlanma tarixi dəyişdirilə bilər

Bakı. 1 avqust. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının start tarixi dəyişdirilə bilər. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, artıq bir neçə klub bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.

"Antalyaspor", "Mersin" və "Qaziantepspor" klubları çempionatın avqustun 14-də başlamasına etiraz edib. Buna səbəb kimi isə havanın həddən artıq isti olması amili qeyd edilir.

Məsələ ilə bağlı Federasiya rəsmilərinin hidrometeoroloqlarla məsləhətləşəcəyi və bundan sonra yekun qərarın veriləcəyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi