Türkiyədə "Beşiktaş" klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb

Türkiyədə "Beşiktaş" klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb Avtobusun aşması nəticəsində sürücü və 7 sərnişin xəsarət alıb
Futbol
22 Yanvar , 2018 11:44
Türkiyədə Beşiktaş klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyədə "Beşiktaş" klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb.

"Report" "NTV Spor"a istiandən xəbər verir ki, hadisə fanatların Super Liqanın XVIII turunda "Antalyaspor"la səfər matçından qayıdarkən baş verib. Kütahya - Afyonkarahisar yolunda avtobusun aşması nəticəsində sürücü və 7 sərnişin xəsarət alıb.

Yaralılar Kütahya xəstəxanasına çatdırılıblar. Onlardan 2-nin durumunun ağır olduğu bildirilir.

Qeyd edək ki, matç "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi