Türkiyə yığmasının sabiq futbolçusu həbs edilib

Türkiyə yığmasının sabiq futbolçusu həbs edilib Ömər Çatkıçın FETÖ-nün “ByLock” kömpüter proqramının istifadəçisi olduğu təsbit edilib
Futbol
22 Avqust , 2017 12:09
Türkiyə yığmasının sabiq futbolçusu həbs edilib

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyə yığmasının sabiq qapıçısı Ömər Çatkıç həbs edilib.

“Report”un “Haber7”yə istinadən verdiyi məlumata görə, barəsində araşdırma aparılan 43 yaşlı veteran futbolçunun Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramının istifadəçisi olduğu müəyyənləşib.

O, İstanbul Polis İdarəsinə gətirilib və evində axtarış aparılıb.

Qeyd edək ki, Ömər Çatkıç 2000 - 2005-ci illərdə Türkiyə yığmasının heyətində 19 oyun keçirib. O, karyerası ərzində vətənində “Eskişehirspor”, “Qaziantepspor”, “Gənclərbirliyi”, “Bursaspor” və “Antalyaspor”un formasını geyinib. Hazırda o, telekanallardan birində şərhçidir.

Son xəbərlər

Orphus sistemi