​Türkiyə yığmasında çıxış edən azərbaycanlı atletlə bağlı qalmaqal baş verib

​Türkiyə yığmasında çıxış edən azərbaycanlı atletlə bağlı qalmaqal baş verib Atletin nəticəsi qeydə alınmayıb
Futbol
16 May , 2015 18:02
​Türkiyə yığmasında çıxış edən azərbaycanlı atletlə bağlı qalmaqal baş verib

Bakı. 16 may. REPORT.AZ/ Türkiyənin atletika yığmasında çıxış edən azərbaycanlı idmançı Ramil Quliyevlə bağlı böyük qalmaqal baş verib. "Report"un məlumatına görə, qalmaqal Universitet İdmanı Federasiyasının Türkiyənin İsparta bölgəsində təşkil etdiyi Türkiyə Universitetlərarası Atletika yarışlarında yaşanıb.

2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya verən yarışda Dumlıpınar Universitetinin tələbəsi olan R.Quliyevin 10.16 saniyəlik nəticəsi qeydə alınmayıb.

100 metr məsafəyə qaçışda 52 nəfər qeydiyyatdan keçdiyindən digər idmançılar üçün vaxt məhdudiyyəti yaranıb. Bölgə təmsilçiliyi bu problemi aradan qaldırmaq üçün daha çox atletin yarışmasını təmin etmək məqsədilə əlavə qaçış xəttinin çəkilməsinə qərar verib.

Yarışa qatılan Quliyev 10.16 saniyəyə 100 metr məsafəni qət etdikdən sonra əlavə olunan zolağın qısa olduğu aşkarlanıb. Federasiya rəsmiləri bu nəticənin Beynəlxalq Ateltika Federasiyası tərəfindən qəbul olunmadığını bildirdikdən sonra ara qarışıb və azərbaycanlı idmançının göstəricisi qeydə alınmayıb. 

Beləliklə, Türkiyə Rio-2016-da 100 metrə qaçışda təmsil olunmayacaq.

Son xəbərlər

Orphus sistemi