Yuxarı

Türkiyə yığması vacib matçdan öncə ciddi itki ilə üzləşib

Türkiyə yığması vacib matçdan öncə ciddi itki ilə üzləşib

Türkiyə millisi AVRO-2020-nin seçmə mərhələsinin son oyunlarından öncə ciddi itki ilə üzləşib. 

"Report" "Fotomac"a istinadən xəbər verir ki, İngiltərənin "Everton" klubunda çıxış edən Cenk Tosun yığmanın məşqində zədələnib. 28 yaşlı hücumçu bu səbəbdən İslandiya və Andorra ilə matçlarda çıxış edə bilməyəcək. 

Qeyd edək ki, Türkyə yığması noyabrın 14-də İstanbulda İslandiyanı qəbul edəcək. Şenol Güneşin baş məşqçi olduğu kollektiv üç gün sonra Andorranın qonağı olacaq. Komanda İslandiya ilə ev matçında ən azı heç-heç edəcəyi təqdirdə final mərhələsinə vəsiqəni təmin edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi