​Türkiyə yığması tarixində ilk dəfə İngiltərə yığmasının qapısına qol vurub - VİDEO

​Türkiyə yığması tarixində ilk dəfə İngiltərə yığmasının qapısına qol vurub - VİDEO Mançesterdəki "Emirates" stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb
Futbol
22 May , 2016 23:26
​Türkiyə yığması tarixində ilk dəfə İngiltərə yığmasının qapısına qol vurub - VİDEO

Bakı. 22 May. REPORT.AZ/ Türkiyə milli komandası tarixində ilk dəfə İngiltərə yığmasının qapısına qol vurmağı bacarıb. "Report"un məlumatına görə, bu, az öncə başa çatan yoldaşlıq görüşündə baş verib.

Mançesterdəki "Emirates" stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesab artıq 3-cü dəqiqədə açılıb. Harri Keynin ofsayddan vurduğu qolu əslən türk olan almaniyalı referi Deniz Aytekin qeydə alıb. Türkiyə millisinin baş məşqçisi Fatih Terim bu zaman ehtiyat hakimə epizodun videogörüntüsünü telefonunda göstərib. Lakin qərar dəyişməyib. 

Bundan 13 dəqiqə sonra Hakan Çalhanoğlu bərabərlik qolunu vurub. Lakin 72-ci dəqiqədə referi qonaqların qapısına penalti təyin edib. Keyn bu dəfə imkanı qaçırıb. Meydan sahiblərinin qələbə topunu "Lester"lə ölkə çempionluğu qazanmış Ceymi Vardi 83-cü dəqiqədə vurub.

Beləliklə, Türkiyə millisi 11-ci oyununda ingilisləri yenə bilməsə də, ilk dəfə bu rəqibə qol vurmağı bacarıb.

Qeyd edək ki, bu qarşılaşmada topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnologiyadan istifadə olunub. Amma görüşdə ofsaydı qeydə alan sistemə ehtiyac duyulub. Bu işin öhdəsindən hakimlər gələ bilməyib.

Son xəbərlər

Orphus sistemi